FİFA DÇ-də xanım azarkeşlərin tez-tez ekrana gətirilməsini qadağan etdi

fifa-dc-de-xanim-azarkeslerin-tez-tez-ekrana-getirilmesini-qadagan-etdi
Oxunma sayı: 2910

Rusiyada təşkil edilən dünya çempionatı oyunlarında operatorların tez-tez gözəl qadınları ekrana gətirməsi FİFA-nın qəzəbinə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, ali futbol qurumu televiziyaların bundan reytinq qazanmasının əleyhinə çıxış edib.

Belə ki, FİFA rəsmisi Federiko Adukki bununla bağlı danışaraq yayımçılara xəbərdarlıq edib.

O bildirib ki, qadınların ekranlara bu qədər gətirilməsi təcavüzlərə səbəb olur. Qurum rəsmisinin sözlərinə görə matçdan sonra azarkeşlər qadınlara fiziki təcazvüz edir.