FIFA ermənilərin öldürdüyü 13 yaşlı Şəhriyarla bağlı başsağlığı verdi

fifa-ermenilerin-oldurduyu-13-yasli-sehriyarla-bagli-bassagligi-verdi
Oxunma sayı: 2782

Azyaşlı futbolçu Şəhriyar Qurbanovun həlak olması münasibətilə FIFA-dan AFFA-ya başsağlığı məktubu daxil olub. 

“Qafqazinfo FIFA-dan göndərilən məktubun tərcüməsini təqdim edir:

“Şəhriyar Qurbanovun xatirəsinə: Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik. Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.

Xatırladaq ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində digər 4 ailə üzvü ilə birgə həlak olmuşdu.