FIFA futbolçuların icarə qaydalarında dəyişikliklər etdi

fifa-futbolcularin-icare-qaydalarinda-deyisiklikler-etdi
Oxunma sayı: 1341

FIFA futbolçuların yeni icarə qaydalarını təsdiqləyib.

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, qaydalara edilən dəyişikliklər bu ilin iyulundan qüvvəyə minəcək.

Növbəti mövsümdən etibarən yazılı razılıq vacib icarə şərti sayılacaq. Müqavilə müddəti, maliyyə aspektləri və s. məqamlar nəzərə alınacaq. Minimum icarə müddəti iki transfer pəncərəsi arasındakı interval olacaq. İcarənin maksimal müddəti isə bir il olacaq.

Eyni klublar arasında icarəyə götürülən oyunçuların sayına məhdudiyyət qoyulacaq. Bir klub mövsüm ərzində digərindən üçdən çox oyunçu icarəyə götürə və ya heyətinə qata bilməz.

Həmçinin mövsüm üzrə icarələrin ümumi sayına məhdudiyyət qoyulacaq. Bu qaydaya keçid mərhələli şəkildə həyata keçiriləcək. Yəni 1 iyul 2022-ci ildən 30 iyun 2023-cü ilə qədər istənilən klub maksimum 8 futbolçunu icarəyə götürə biləcək.  1 iyul 2023-cü ildən 30 iyun 2024-cü ilə qədər eyni sistem tətbiq olunacaq, lakin icarədə olan oyunçuların maksimum sayı 7 olacaq. 1 iyul 2024-cü ildən icarəyə verilən oyunçuların maksimum sayı 6 olacaq.