FİFA hakimlərimizdən imtina etdi

fifa-hakimlerimizden-imtina-etdi
Oxunma sayı: 642

Bu haqda Qol.Az-a komitənin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, adları çəkilən hakimlərin yaşının çoxluğu və ingilis dili ilə bağlı problemləri olduğuna görə bu addımı atıblar.

“Onların UEFA oyunlarını yüksək səviyyədə idarə etməsinə şübhəmiz yoxdur. Sadəcə, yaşlarının çoxluğu və dil problemləri səbəbindən Fariz Yusifovla Vüsal Əliyevin UEFA-da perspektivi yoxdur. Ona görə də biz UEFA-nın tövsiyəsi ilə gənclərə yol açırıq. Yeri gəlmişkən, gənclər UEFA-nın oyunlarına daha çox təyinat alırlar. Məsələn, bu il Anar Salmanov 5-6 beynəlxalq oyun idarə edib. Vüsal Əliyevlə Fariz Yusifov isə 1-2 matça təyinat alıb” – deyə X.Məmmədov bildirib.

O qeyd edib ki, artıq yeni FİFA referesi adına namizədlərin siyahısı UEFA-ya göndərilib. Vüsal Əliyevlə Fariz Yusifovu gənc hakimlər Əliyar Ağayev və Rəhim Həsənov əvəz edib.

X.Məmmədov bildirib ki, UEFA Hakimlər Komitəsinin noyabrın sonlarında keçiriləcək iclasında azərbaycanlı yeni hakimlərin namizədliyinə baxılacaq. Əgər onların namizədliyi təsdiqlənsə, gələn ildən Əliyar Ağayev və Rəhim Həsənov FİFA referisi adını alacaq.