FİFA ilə əməkdaşlığa son qoyuldu

fifa-ile-emekdasliga-son-qoyuldu
Oxunma sayı: 1276


“Qafqazinfo”nun qol.az-a istinadən yaydığı xəbərə görə, buna dünyanın ali futbol qurumunun Kataloniya klubuna transfer qadağası qoyması səbəb olub.

"Barselona" klubu 18 yaşdan aşağı bəzi futbolçuların transferində qayda pozuntusuna yol verdiyi üçün 2016-cı ilin yanvar ayına qədər yeni transfer etmək hüququndan məhrum edilib.

"Barselona"nın prezidenti Josep Mariya Bartomeu deyib ki, bu sanksiya müddətində  FİFA-nın hər hansı bir addımını dəstəkləməyəcəklər: "Çünki bizə qarşı haqsızlıq edilib".

Qeyd edək ki, Bartomeu və klub nümayəndələri yanvarın 12-də İsveçrənin Sürix şəhərində təşkil ediləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində də iştirak etməyəcək. "Barsa"nın futbolçularının da bu tədbirə getməyəcəyi gözlənilir.