FİFA ilin ən yaxşısı olmağa namizədləri açıqladı - Siyahı

fifa-ilin-en-yaxsisi-olmaga-namizedleri-aciqladi
Oxunma sayı: 2538

FIFA ilin ən yaxşı futbolçusu, baş məşqçisi və qapıçısı adına son namizədləri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Luka Modriç, "Yuventus"da çıxış edən Kriştiano Ronaldo və “Liverpul”un hücumçusu Məhəmməd Salah ən yaxşı adına namizəddirlər.

Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi isə namizədlər siyahısında yer almayıb.

Ən yaxşı baş məşqçi: Zlatko Daliç (Xorvatiya), Didye Deşam (Fransa), Zinəddin Zidan (“Real”)

Ən yaxşı qapıçı: Tibo Kurtua (“Çelsi”, “Real” / Belçika), Uqo Lloris (“Tottenhem” / Fransa), Kasper Şmeyxel (“Lester Siti” / Danimarka)

Ən yaxşı futbolçu: Luka Modriç (“Real” / Xorvatiya), Kriştiano Ronaldo (“Real”, “Yuventus” / Portuqaliya), Məhəmməd Salah (“Liverpul” / Misir).

Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.