FIFA Macarıstan millisini cəzalandırdı

fifa-macaristan-millisini-cezalandirdi
Oxunma sayı: 1083

FIFA İntizam Komitəsi Macarıstan millisini cəzalandırıb.

"Qafqazinfo" qurumun rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsində İngiltərə ilə ev oyununda (0:4) yerli azarkeşlərin irqçi davranışları səbəbindən yığma cəzaya məruz qalıb.

Macarıstan millisi FIFA bayrağı altında keçirəcəyi növbəti iki ev oyununda tamaşaçı dəstəyindən məhrum edilib. İkinci qarşılaşma ilə bağlı qərar şərtidir. 2 illik sınaq müddətində eyni hal təkrarlanarsa, 1 oyunluq cəza qərarı avtomatik olaraq qüvvəyə minəcək. Bundan başqa, Macarıstan Futbol İttifaqı 200 000 İsveçrə frankı məbləğində cərimələnib.

Xatırladaq ki, paytaxt Budapeştdə keçirilən oyun zamanı qonaqların futbolçuları Rəhim Sterlinq və Cud Bellingem yerli azarkeşlərin irqçi təhqirlərinə məruz qalıb.