FİFA-nın baş katibi qadın seçildi - Tarixdə ilk dəfə

fifa-nin-bas-katibi-qadin-secildi
Oxunma sayı: 1810

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Seneqaldan olan nümayəndə Fatma Samuru baş katib vəzifəsinə təyin edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, F. Samur tarixdə ilk qadındır ki, FİFA-ya baş katib seçilib.

Yeni baş katib hazırda BMT-də fəaliyyət göstərir.

Qeyd edək ki, FİFA-nın bundan öncəki baş katibi Jer Valke olub. O, korrupsiya əməlinə görə 12 il müddətinə futboldan uzaqlaşdırılıb.