FİFA nümayəndələri geri qayıdır

fifa-numayendeleri-geri-qayidir
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, səfərə Hilton mehmanxanasında keçirilmiş iclasla yekun vurulub.
İclasda FIFA nümayəndə heyətinin üzvləri Oliver Foqt, Neriko Diqyus, Monika Hyuzer, Dirtmar Oyfinqer, Kim Yu və Matyu Hardinq FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin üzvləri ilə görüşüblər. Səfər ərzində baxış keçirilmiş stadionların ümumi vəziyyəti, tikinti işləri və dünya çempionatı üçün hazırlıq prosesinin gedişatı ilə bağlı iclasda müzakirələr aparılıb. Hər iki tərəfin sıx əməkdaşlığı nəticəsində görülmüş uğurlu işlərdən əlavə, həyata keçiriləcək çox tədbirlərin ümumi planı nəzərdən keçirilib.

Ceyhun Əhmədov