FİFA Pavel Paşayevə icazə verdi

fifa-pavel-pasayeve-icaze-verdi
Oxunma sayı: 884


Xatırladaq ki, Paşayev AFFA-ya müraciət edərək Azərbaycan millisində oynamaq istədiyini qeyd etmişdi. Bununla əlaqədar assosiasiyanın sorğusuna cavab olaraq  Ukrayna Futbol Federasiyası bildirmişdi ki, o, bu ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etsə də, əsas komandada oynamayıb.

AFFA da onun müvafiq qaydalara uyğun olaraq  Azərbaycan millisində çıxış etməsinə razılıq vermək üçün FİFA-ya müraciət ünvanlamışdı. Artıq müraciət cavablandırıb.

Belə ki, qurumun Oyunçuların Statusu Komitəsinin AFFA-ya ünvanladığı məktubda bildirilir ki, assosiasiyanı dəyişməklə bağlı AFFA və Pavel Paşayevin FİFA-ya müraciəti təmin olunsun və futbolçu qərarı aldığı tarixdən etibarən Azərbaycan milli komandasında oynamaq hüququna sahibdir.