FİFA prezidenti “Qarabağ”ı təbrik etdi

fifa-prezidenti-qarabagi-tebrik-etdi
Oxunma sayı: 1136

FİFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqada 2015/2016 mösümünün qalibi “Qarabağ”ı təbrik edib.

Qafqazinfo” xəbər verir ki, İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ailəsi adından “Qarabağ” (Ağdam) klubunu Azərbaycan çempionu olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.