FİFA prezidentinin adı bəlli oldu- - Yenilənib

fifa-prezidentinin-adi-belli-oldu-
Oxunma sayı: 3442


 “Qafqazinfo” xəbər verir ki, federasiyanın rəhbəri postuna indiki prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparır. Onlardan heç biri kifayət qədər səs toplaya bilməyib.

Blatterə səslərin 2/3-ini toplamaq üçün 7 səs çatmayıb. Beləliklə, seçkidə ikinci mərhələ elan olunub.

Qeyd edək ki, seçkidə AFFA prezidenti Rövnəq Abdullayev də səs verib. 

***

Son məlumata görə, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn hamını təəccübləndirəcək addım atıb. Belə ki, o, ikinci turdan imtina edib.

Bununla da Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilib.