FİFA prezidentliyinə namizədlər

fifa-prezidentliyine-namizedler
Oxunma sayı: 1080


“Qafqazinfo” xəbər verir ki, APA-nın BBC-yə istinadən məlumatına görə, bunlar FİFA-nın hazırkı başçısı Yozef Blatter, 2001-ci ildə "Qızıl top” mükafatına layiq görülmüş keçmiş futbolçu Luiş Fiqu, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Niderlandın Kral futbol ittifaqının başçısı Mixael van Praaqdır. 

Seçkilər aprelin 29-da İsveçrənin Sürix şəhərində FİFA-nın konqresində keçiriləcək. Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən bəri FİFA-nın prezidenti postunu tutur.