“Qafqazinfo” xəbər erir ki, ali futbol qurumu Qətərin əlindən ev sahibliyi hüququnu ala bilər. Buna səbəb isə müsəlman ölkəsinin bu hüquqa rüşvətxorluqla nail olması barədə yayılan iddialardır. Belə ki, yayılan iddialara əsasən, FİFA-nın keçmiş vitse –prezidenti Bin Həmmam ev sahibliyini qazanmaq üçün 5 milyon dollar xərcləyib. O, 30 müxtəlif Afrika Futbol Federasiyaları prezidentlərinin hesabına külli miqdarda vəsait yatırıb. Bunun nəticəsində də səsvermə zamanı bir çox Afrika ölkəsi Qətərin lehinə səs verib. Məsələni araşdıran FİFA 2022- dünya çempionatı üçün ev sahibini müəyyənləşdirəcək səsverməni yenidən təşkil edə bilər.
İqbal
Son xəbərlər
Son Xəbərlər