FİFA reytinqində millimiz neçəncidir?

fifa-reytinqinde-millimiz-necencidir
Oxunma sayı: 838

FIFA milli komandaların yeni siyahısını açıqlayıb.  “Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb.

Yığmamız 1177 xalla 114-cü pillədə qərarlaşıb.  Koronavirus pandemiyası səbəbindən yarışların dayanması ilə əlaqədər digər komandaların da mövqelərində ciddi dəyişiklik olmayıb.

Yalnız Cənubi Sudan millisi yoldaşlıq matçında Yamaykaya 0:2 hesabı ilə uduzduğu üçün 168-ci sıraya geriləyib.