Səbəb odur ki, dünya çempionatında Rusiya və Cənubi Koreya komandaları arasında 1:1 hesabı ilə başa çatmış matç zamanı Rusiya yığmasının gəlmə azarkeşləri irqçi məzmunlu bannerlər nümayiş etdiriblər.
FİFA artıq bu turnirdə, yaxud 2016-cı il Avropa çempionatında Rusiya komandasını bir neçə xaldan məhrum edə bilər. Bu da qeyd olunur ki, Xorvatiya yığması da oxşar sanksiyalara məruz qala bilər. 2012-ci il Avropa çempionatı zamanı da UEFA Rusiya və Xorvatiya yığmalarını dəfələrlə cəzalandırıb. Nəticədə Rusiya futbolçuları Avro-2016 çempionatına seçmə turnirdə şərti olaraq 6 xal cərimə edilməklə cəzalandırılıb.
Azarkeşləri seksual azlıqlar üçün təhqiramiz məzmunlu mahnılar oxumuş Braziliya və Meksika yığmalarının da cəzalandırılacağı ehtimal olunur.
Qeyd edək ki, Braziliyadakı dünya çempionatında Xorvatiya indiyədək 3, Rusiya isə 1 xal toplayıb.
Son xəbərlər
Son Xəbərlər