FİFA təsdiqlədi- - ""Xəzər Lənkəran"a transfer qadağası cəzası vermişik"

fifa-tesdiqledi-
Oxunma sayı: 895


Hәmin şikayәt әsasında ali futbol qurumu Lәnkәran tәmsilçisini transfer etmәk hüququndan mәhrum edib. Klub rәsmilәri bunu tәkzib etsә dә, FİFA hәqiqәtәn "Xәzәr Lәnkәran"a transfer qadağası cәzası verdiyini tәsdiq edib: "Biz 2011-ci ildә bosniya vә hersoqovinalı futbolçu Veldin Muharemoviçdәn şikayәt almışıq. FİFA hәmin mәsәlәyә baxıb vә qәrar verib. Qәrara görә, hәqiqәtәn "Xәzәr Lәnkәran" transfer hüququndan mәhrum edilib. Lakin onlar İdman Arbitraj Mәhkәmәsinә (CAS) şikayәt edib. Hazırda CAS-da bununla bağlı araşdırma gedir. Onlar baxdıqdan sonra yekun qәrar verilәcәk".

2014-cü ilin oktyabrında verdiyi qərarla iki transfer pəncərəsi dövründə cənubluların oyunçu almasına əngəl olan FİFA-nın cəzası qışda qüvvədə olub. Elə bu səbəbdən də lənkəranlılar heç bir transfer edə bilmədi. Cənublular CAS-ın onları haqlı çıxaracağına ümid edərək, yay üçün transfer planları cızır.