“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır”

fifa-ve-uefa-nin-qerarlarini-diqqetle-tehlil-etmek-lazimdir
Oxunma sayı: 3093

Rusiyanın idman naziri Oleq Matıtsin FİFA və UEFA-nın bu ölkənin futbol komandalarının beynəlxalq turnirlərdə, o cümlədən dünya çempionatında iştirakına icazə verməmək haqda qərarına münasibət bildirib.

“Qafqazinfo” “Sport-Ekspress”ə istinadən xəbər verir ki, nazir açıqlamasında bunları deyib:

“FİFA və UEFA-nın qərarlarını diqqətlə təhlil etmək lazımdır. Bütün bu qərarların əsaslarını, hüquqi yönlərini qiymətləndirmək vacibdir. Bundan sonra biz idmançılarımızın, futbolçularımızın hüquqlarını bərpa etmək üçün əlimizdən gələni edəcəyik”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub.