- Film haqqında fikirlərim müsbətdir. Bu qədər maraqlı olacağını gözləmirdim. Şakir bəyi çoxdan tanıyıram. Bir dəfə mənə “Qarabağ” barədə film çəkmək istədiyini demişdi. Amma çəkilişlər zamanı şübhələnmişdim. Fikir verirdim ki, ən çox məni çəkir. Bu gün filmin böyük hissəsi mənə həsr olunmuşdu. Əgər Şakir bəy məni yaxşı tanımasaydı, başqa biri olsaydı, mən buna yaxşı mənada narazılıq edərdim ki, çox tərifləməsin. Çox əziyyət çəkib. Ona çox sağ ol demək istəyirəm. Mən özümü bir kənara qoyuram. Futbolçularmız bundan da artığına layiq idi. Hər bir məşqçinin yaxşı nəticə verməsi üçün futbolçuların rolu böyükdür. Bütün futbolçular böyük güc sərf ediblər. Bəzən həm məqşçi, həm futbolçular müəyyən uğur qazandıqdan sonra rahatlaşa bilərlər. Amma bu film bizi arxayınlaşmağa qoymadı. Fikrimcə, bundan sonra daha məsuliyyətli olmalıyıq ki, ən azından bu filmin davamı olsun. Bu yöndə ən böyük məsuliyyət mənimlə, klub rəhbərliyinin üzərinə düşür. Son illərdə klub rəhbərliyi də çox işlər görür. Hazırda bazamız tikilməkdədir. Düşünürəm ki, bu filmdən sonra azarkeşlərmizin sayı daha da çoxalacaq. Bizim tərəfdarlar heç də avropadakılardan geri qalmırlar. Sadəcə, futbolumuzda olduğu kimi azarkeşliyimizdə də stabillik çatışmır. Bunlar paralel olan şeylərdir. Düşünürəm ki, yaxın illərdə bunlar öz axarını tapacaq və dövlət başçısı tərəfindən yeni layihə hazırlanacaq. Futbolmuzun inkişafı üçün cənab prezidentimizin hər bir qərarı mühümdür. Həmin qərarı biz gözləyirik. Əgər milli komandamızın, klublarmızın kiçik uğurları var idisə, yeni layihədən sonra bunların sayı daha da artmalıdır. Bir daha Şakir bəyə öz təşəkkürümü bildirirəm. Fikrimcə, bu film televiziyada nümayiş etdirilsə, regionlarda futbola maraq daha da artacaq. O cümlədən, “Qarabağ”a olan sevgi daha da çoxalacaq. Bu film hər bir azərbaycanlıya “Qarabağ”ı daha yaxından tanımağa böyük bir kömək olacaq. Şakir bəyə, klub rəhbərliyinə, futbolçularımza, azarkeşlərmizə, məcburi köçkünlərmizə çox sağ ol demək istəyirəm. Neçə ki, bu komandadayam bacardığımın ən yaxşısını etməyə çalışacam”.
- Qarşıdan ölkə kubokunun finalı gəlir. Bu oyuna hazırlıqlarınız necə gedir?
- Məşqlərmizi davam etdiririk. Bu il Azərbaycan çempionu olmuşuq. Qızıl dubl etmək üçün əlimizə gözəl şans düşüb. Amma “Neftçi”yə qarşı oynayacağıq. Rəqib bəlkə də, bizdən daha istəklidir. Mən bu qarşılaşmadan daha çox ehtiyatlanıram. Mənə elə gəlir ki, onlar bu qarşılaşmaya daha ciddi hazırlaşılar. Bizim görmədiyimiz bəzi pərdəarxası məqamlar var. Çünki indi hamı “Neftçi”dəki problemlərdən danışır. Bu aldadıcı ola da bilər. Bəlkə də, bu futbolçularımızı arxayınlaşdırmaq üçündür. Bu oyuna hazırlaşdığım müddətdə keçirdiyim narahatlıqları digər qarşılaşmalarda yaşamamışam. İlk dəqiqələrdən məni və futbolçularımızı hər hansı bir sürpriz gözləyə bilər. Biz tamamilə, başqa bir “Neftçi” və futbolçular görə bilərik.
- Yerli transfer bazarında çox fəalsınız. Artıq 4 futbolçu heyətə cəlb olunub. Komandaya legioner futbolçuların gətiriləcəyi gözlənilirmi?
- Etdiyimiz transferlər 1-2 günün işi deyil. Çempionatın gedişində o futbolçularla maraqlanırdıq. Onları öz komandamızda görməyə şadıq. Legionerlərə gəldikdə isə bu yöndə işlər gedir. Amma əfsuslar olsun ki, bəzən istədiyin futbolçuları əldə edə bilmirsən və öz əlində olan oyunçuları da itirirsən. Yəni, hərdən bu futbolçular öz səviyyəsindən qat-qat aşağı çıxış edir. Məni bu daha çox narahat edir.
- Ansi Aqolli, Muarem Muarem və Leroy Corcun müqaviləsi başa çatır. Bu futbolçuların gələcək taleyi necə olacaq? Bununla bağlı qərar vermisinizmi?
- Mən özüm bu qərarı bilirəm. Bunu indi açıqlamaq düzgün deyil. 3-4 gün sonra kubokun final oyunudur. Bütün transfer məsələlərinə bu qarşılaşmadan sonra bir neçə gün vaxt ayırıb, qərar verəcəm. Bu futbolçuların hər biri bizim üçün önəmlidir.
- Bu il avrokuboklarda futbolçu və ya məqşçi dövrünüzdə üz-üzə gəlmək istədiyiniz bir komanda varmı? Avropanın hansı nəhəng komandası ilə görüşmək istəyərdiniz?
- Sözün açığı, belə bir şey arzu etmirəm. Özləri gələcəklər (gülür). Ötən il “İnter”, “Sent Etiyen” gəldi. Yəni özləri gələcəklər. Əsas turnirə komandanı düzgün hazırlamaqdır.
- Qurban Qurbanov bir məşqçi və ya futbolçu kimi kimdən örnək götürüb?
- Məni həmişə narahat edən amil uğurdan sonra mənə verilən qiymət və bundan sonra haqqımda səslənən fikirlər olur. Söylədiyim bütün ifadələrə görə valideynlərimə borcluyam. Uşaq vaxtından həmişə mənə yaxşı, sadə insan olmağı məsləhət görüblər. Düşünürəm ki, belə olduğun təqdirdə başqaları tərəfindən hörmət olunacaqsan.