Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo” verilən məlumata görə, sammitdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Dünyanın 110 dövlətindən 2300 nümayəndənin, o cümlədən 90-dan çox ədliyyə nazirinin və baş prokurorun, eləcə də görkəmli hüquqşünasların və ictimai-siyasi xadimlərin iştirak etdiyi bu mötəbər forumun açılışında Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler Kris Kreylinq və Ali Məhkəmənin sədri Lord Tomas, ABŞ-ın Baş prokuroru Erik Holder, Qazaxıstanın Baş naziri Karim Massimov çıxış ediblər.
Tədbirin açılışından sonra sammitdə iştirak edən ədliyyə nazirlərinin və baş prokurorların Bukingem sarayında Böyük Britaniyanın və Şimali İrlandiyanın Kraliçası II Elizabet tərəfindən qəbulu keçirilib. Qəbulda Azərbaycanın ədliyyə naziri F.Məmmədov da iştirak edib.
Tədbir çərçivəsində ədliyyə naziri F.Məmmədov Böyük Britaniyanın ədliyyə üzrə dövlət katibi, lord kansler K.Kreylinq, ədliyyə üzrə dövlət naziri Saymon Hyuz və Ali Məhkəmənin sədri Lord Tomas ilə görüşüb.
Səfər zamanı, həmçinin bir sıra dövlətlərin ədliyyə nazirləri və baş prokurorları ilə görüşlər keçirilib, qarşılıqlı fəaliyyətə dair faydalı fikir mübadiləsi aparılıb.
Tədbirlərdə ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə də iştirak edib.
Son xəbərlər
Son Xəbərlər