Fikrət Məmmədova sualınız var?

fikret-memmedova-sualiniz-var
Oxunma sayı: 1466


“Qafqazinfo”nun məlumatına görə, qəbulda Yardımlı, Lerik və Masallı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Yardımlı şəhəri Heydər Əliyev prospekti) keçiriləcək.

Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə şöbəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Həmin qəbula elektron qaydada birbaşa yazılmaq imkanı üçün Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.