Fikrət Məmmədovdan yeni rəis təyinatları- - Siyahı

fikret-memmedovdan-yeni-reis-teyinatlari-
Oxunma sayı: 4587


“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Penitensiar Xidmətin saytı məlumat yayıb.

Belə ki, ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssissəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunublar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.