Fil britaniyalı əsgəri öldürüb

fil-britaniyali-esgeri-oldurub
Oxunma sayı: 1495

Britaniyalı əsgər Metyu Telbot Malavidə antibrakonyer əməliyyatı zamanı fil tərəfindən öldürülüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Əsgər mayın 5-də keçirilən əməliyyat zamanı həlak olub. Nazirlik hərbçinin ailəsinə başsağlığı verib.