Fil Dişi Sahilində cümə günü başlayan hərbi qiyam ölkənin bir neçə şəhərinə yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, Abican şəhərindəki Akued hərbi bazasında atəş səsləri eşidilib. Əsgərlər hərbi düşərgəyə aparan bütün yolları bağlayıb.Agentliyin məlumatına görə, etirazlar Man şəhərində də yayılıb.
“Reuters” agentliyinin məlumatına görə, bundan əvvəl tərxis olunmuş bir qrup hərbi qulluqçu silah anbarlarını ələ keçirərək Buake şəhərini nəzarətə götürüb. Sonra isə Daloa və Korqoxo şəhərlərində də qiyam baş verib.
Müdafiə nazirliyi əsgərlərə qiyamı dayandırmağı və hərbi kazarmalara qayıtmaları üşün müraciət edib.
Son xəbərlər
Son Xəbərlər