Filadelfiyada neft zavodunda partlayış olub - Video + Yenilənib

filadelfiyada-neft-zavodunda-partlayis-olub
Oxunma sayı: 1045

ABŞ-ın Filadelfiya şəhərində “Philadelphia Energy Solutions” neft email zavodunda partlayış baş verib.

“Qafqazinfo”nun “NBC”yə istinadən məlumatına görə, partlayışdan sonra güclü yanğın başlayıb. Alovu və qatı tüstünü bir neçə kilometr məsafədən görmək mümkündür. Hadisə yerinə onlarla yanğınsöndürən göndərilib.

Yaralılar və ölənlər haqda hələlik məlumat yoxdur.

*** 

Qəza zamanı azı 5 fəhlənin öldüyü bildirilir.