Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbi 27 may saat 19:00-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 may Respublika gününə həsr olunmuş konsert keçirəcək.
"Qafqazinfo" xəbər verir ki, konsert Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə baş dirijor, xalq artisti Rauf Abdullayevin rəhbərliyilə baş tutacaq.
Konsertdə məktəbin şagirdlərinin ifasında Niyazi, H.Rzayev, V.Adıgözəlov, M.Maqomayev, F.Doppler, F.Kreysler, F.Mendelson, A.Prior kimi bir çox Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.



Son xəbərlər
Son Xəbərlər