Hadisə şahidlərinin "Xeberdar.az"-a verdiyi məlumata görə, bu gün saat 18:00 radələrində inşa olunan tikilidə beton plitələr uçub. Hazırda hüquq-mühafizə orqanlarının şəhər Fövqəladə Hallar Nazirliyinin və təcili tibbi yardım stansiyasının əməkdaşları hadisə yerinə yerindədir.
***
Gəncə Şəhər İcra Başçısının köməkçisi Aqşin Kərimovun “Xebedar.az”-a verdiyi açıqlamaya görə Filarmoniyanın tikilməkdə olan binası dörd mərtəbəlidir və hal-hazırda dördüncü mərtəbəsi tikilir."Tikinti işləri gedən mərtəbədə piltələrdən biri uçub yerə tökülüb.Hadisə nəticəsində bir nəfər xəsarət alıb.Hal-hazırda həmin şəxs xəstaxanadadır müayinə olunur."
Qeyd edək ki, inşaat işləri gedən ərazidə əvvəllər "Bakı" kinoteatrı yerləşib.
***
Gəncədə yeni tikilən filarmoniya binasının üst mərtəbəsinin çökməsi nəticəsində bir nəfər xəsarət alıb.
Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, tibb ocağında daxil olan xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır.
Son xəbərlər
Son Xəbərlər