“Filenin sultanları” dünya reytinqində birinci oldu

filenin-sultanlari-dunya-reytinqinde-birinci-oldu
Oxunma sayı: 2518

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası FİVB Millətlər Liqasının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-da keçirilən turnirdə “Filenin sultanları” finalda Çinlə üz-üzə gəlib.

Daniele Santarellinin baş məşqçisi olduğu komanda rəqibini 3:1 hesabı ilə məğlub edib.

ABŞ yığmasınında 3-cü yer uğrunda görüşdə Polşaya uduzmasından sonra Türkiyə millisi dünya reytinq cədvəlində birinci yerə qalxıb.