Filip Riker Azərbaycana gəlir

filip-riker-azerbaycana-gelir
Oxunma sayı: 2856

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə nümayəndəsi səfir Filip Riker bu həftə Cənubi Qafqaza səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel açıqlayıb.

Onun sözlərinə görə, Riker Ermənistan, Gürcüstan və Azərbaycana yollanacaq və bir sıra danışıqda iştirak edəcək.

Patel qeyd edib ki, bu, Rikerin yeni vəzifəsində ilk səfəri olacaq.