Filippin prezidenti Trampı təqlid etdi - Video

filippin-prezidenti-trampi-teqlid-etdi
Oxunma sayı: 1348

Filippin prezidenti Rodriqo Duterte bu dəfə də hər kəsi təəccübləndirə bilib.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı prezident sarayında çıxışı zamanı amerikalı həmkarı Donald Trampı təqlid edərək, onunla telefon danışığı zamanı yaranan təəssüratlarını bölüşüb. Duterte çıxışı zamanı Trampla söhbət edirmiş kimi davranaraq gah onun kimi, gah da özü kimi danışıb.

ABŞ liderinin təqlid edən Duterte “Prezident Duterte, əhsən sənə. Mən bilirəm ki, amerikalıların səni tənqid etməsinə görə narahatsan. Ancaq sənə halal olsun, belə də davam elə. Nə vaxtsa Nyu-Yorka, ya Vaşinqtona gəlsən, məni tap, bir yerdə kofe içək”,-deyib. Daha sonra Filippin lideri vurğulayıb ki, Donald Trampla söhbətdən sonra özünü müqəddəs kimi hiss edir.

Aysel Kərimova