Filippin yenə silkələndi

filippin-yene-silkelendi
Oxunma sayı: 754

Filippinin Mindanao adasında 5,2 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 12:55 radələrində qeydə alınıb. Zəlzələnin episentri Sultan-Kudarat əyalətindən 7,7 kilometr aralıqda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntı haqda məlumat daxil olmayıb, sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.  

Xatırladaq ki, bir neçə gün əvvəl də Filippində zəlzələ baş vermişdi. Hadisə nəticəsində 5 nəfər ölmüş, 100-ə yaxın insan xəsarət almışdı.