Filippindә güclü zәlzәlә oldu

filippind-guclu-zlzl-oldu
Oxunma sayı: 734

Filippinin cәnubunda 5.1 bal gücündә zәlzәlә qeydә alınıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, zәlzәlәnin episentri Saranqani şәhәrindә, ocağı isә yerin 48 kilometr dәrinlikdә yerlәşib.

Dağıntılar və ya zərərçəkənlər barədə məlumat yoxdur.

Xatırladaq ki, 2013-cü ilin 15 oktyabr tarixindә Filippindә  baş verәn 7.2  bal gücündә zәlzәlә vә sunami nәticәsindә 144 nәfәr hәlak olub.