Filippində 6,7 bal gücündə zəlzələ

filippinde-67-bal-gucunde-zelzele
Oxunma sayı: 1285

Filippində 6,7 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Filippin Vulkan və Zəlzələ Elmləri İnstitutu məlumat yayıb.

Bildirilib ki, təkanlar Luzon adasının cənubunda, yerli vaxtla saat 04:48-də baş verib.

Dərinliyi 116 kilometr olan yeraltı təkanlardan beş dəqiqə sonra 5,8 bal gücündə ikinci zəlzələ qeydə alınıb. 

Hər hansı tələfat yoxdur və sunami xəbərdarlığı edilməyib.