Filippində güclü zəlzələ

filippinde-guclu-zelzele
Oxunma sayı: 1306

Filippinin cənub hissəsində 5,7 gücündə zəlzələ olub. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələ Bakı vaxtı ilə saat 21:32 radələrində qeydə alınıb. Yeraltı təkanların episentri Mindanao adasında yerləşən Butuan şəhərindən 80 kilometr şərqdə, ocağı isə 39 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.