Filippində güclü zəlzələ oldu

filippinde-guclu-zelzele-oldu
Oxunma sayı: 3942

Filippində 6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Leqaspi şəhərindən 89 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.