Filippində məsciddə partlayış - Ölən və yaralananlar var

filippinde-mescidde-partlayis
Oxunma sayı: 960

Filippinin Mindanao adasında məscidə bombalı hücum olub.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb.

Yaralıların sayı barədə məlumat açıqlanmayıb.

Hücumun hansı qruplaşma tərəfindən törədildiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 27 yanvarda Filippinin Jolo bölgəsindəki katolik kilsəsinə bombalı hücum nəticəsində 27 nəfər ölmüş, 111 nəfər isə yaralanmışdı.