Filippində oteldə baş verən yanğında 36 nəfər ölüb

filippinde-otelde-bas-veren-yanginda-36-nefer-olub
Oxunma sayı: 639

Filippinin paytaxtı Manilada otellərdən birində oğurluq cəhdindən sonra başlayan yanğında 36 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 50-yə yaxın şəxsin isə yaralandığı açıqlanıb. İnsanların ölümünə səbəb kimi tüstüdən boğulma göstərilir.

Otelə hücum edən silahlı şəxs isə kazinonu soymağa çalışıb və bu səbəblə oyun stollarını yandırıb. Daha sonra intihar edib. 

Polis həmin şəxsin xarici görünüşcə avropalı olduğunu və ingiliscə danışdığını bəyan edib.