Filippində qasırğa qurbanlarının sayı 30-a çatdı

Filippində qasırğa qurbanlarının sayı 30-a çatdı
Oxunma sayı: 344

Bir neçə gün əvvəl Filippini vuran “Maring” (Kompasu) qasırğasının qurbanlarının sayı 30-a çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, 3 nəfər travma alıb, daha 14 nəfər isə itkin düşüb.

Məlumata əsasən, qasırğadan əvvəl Benqet vilayətində güclü yağışlar səbəbindən torpaq sürüşməsi baş verib. Böyük həcmdə ərazilər daşqınlardan zərər görüb. 

Bildirilir ki, hazırda Filippin ərazisində qasırğa müşahidə olunmur. Təbii fəlakət səbəbindən təqribən 15 min əhali daha təhlükəsiz ərazilərə köçürülüb. 

Qeyd olunur ki, qasırğa Filippinin 110 şəhərində elektrik enerjisinin kəsilməsinə, 325 evin zədələnməsinə gətirib çıxarıb. Bu evlərin dörddə birindən çoxu tamamilə dağılıb. Bununla yanaşı, “Maring” qasırğası kənd təsərrüfatına 21,5 milyon dollardan çox zərər vurub.