Filippində son bir ay ərzində azı 203 nəfər qızılcadan dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında dərc olunan məlumata əsasən 12 mindən çox insan isə virusa yoluxub. Bundan əvvəl ölənlərin sayı 136, xəstəliyə yoluxanlar isə 8400 nəfər idi. Qızılca olanların yarısı 5 yaşdan aşağı uşaqlardır.
Xəstələnənlərin 63%-i peyvənd olunmayanlardır.
Son xəbərlər
Son Xəbərlər