Bu il Filippində qızılca epidemiyasından ölənlərin sayı 415-ə çatıb.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təkcə aprel ayı ərzində 60-dan çox insan ölüb.
Ümumilikdə bu ilin 4 ayında 31 056 nəfərdə bu epidemiya aşkarlanıb. Onların əksəriyyəti isə 5 yaşından kiçik uşaqlardır.
Qeyd edək ki, martda hökumət bütün uşaqların peyvənd olunması üçün ailələrə çağırış etmişdi.
Son xəbərlər
Son Xəbərlər