Filippində qızılcadan ölənlərin sayı durmadan artır

filippinde-qizilcadan-olenlerin-sayi-durmadan-artir
Oxunma sayı: 704

Filippində bu il ərzində qızılcadan ölənlərin sayı 355-ə çatıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.

Ümumilikdə 25 min 676 nəfərdə qızılca aşkarlanıb. Onların əksəriyyəti isə 5 yaşından kiçik uşaqlardır.

Bütün uşaqların peyvənd olunması üçün ailələrə çağırış edilib.