Filippində sərnişin təyyarəsi radardan çıxıb

Filippində sərnişin təyyarəsi radardan çıxıb
Oxunma sayı: 1790

Filippinin Kauayan şəhərindən havaya qalxan Cessna 206 tipli sərnişin təyyarəsinin radarlardan itdiyi bildirilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə havaya qalxdıqdan 1 saat sonra radarlardan itib.

Bildirilib ki, o, RPC 1174 reysi ilə İzabela ştatının Makonakon şəhərinə doğru hərəkət edib.

Aeroport əməkdaşlarının bildirdiyinə görə, saat 14:16-da yerdən havaya qalxan təyyarə saat 15:00-da Makonakona çatmalı idi.

Təyyarədə neçə nəfərin olduğu hələ məlum deyil.

Həmçinin oxuyun: ТуранБанк завершил четвертый квартал 2022 года с прибылью в 1.9 миллиона манатов