Filippində silahlı şəxs ticarət mərkəzində 30 nəfəri girov götürüb.
“Qafqazinfo” İndoneziya KİV-nə istinadən xəbər verir ki, cinayətkar ticarət mərkəzinin keçmiş mühafizəçisi, girov götürdüyü şəxslərin hamısı isə işçilərdir.
Həmçinin bildirilir ki, cinayətkarın açdığı atəş nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hazırda silahlı şəxslə danışıqlar aparılır, ticarət mərkəzi isə evakuasiya olunub.
Orxan Məmməd
Son xəbərlər
Son Xəbərlər