Filippində zəlzələlədə ölənlərin sayı artdı - Yenilənib + Video

filippinde-zelzelelede-olenlerin-sayi-artdi
Oxunma sayı: 1722

Filippinin Mindanao adasında zəlzələ olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində 7 yaşlı qız ölüb, 20 nəfər isə yaralanıb. Təkanların episentri Sultan-Kudarat əyalətindən 7 kilometr uzaqlıqda yerləşib. Hazırda zəlzələnin balı dəqiqləşdirilir.

Hadisə yerində xilasedicilər işləyir.

**

Filippinin Mindanao adasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 5-ə çatıb. 

"Qafqazinfo"nun məlumatına görə, hadisə azı 77 nəfərin xəsarət almasına səbəb olub. 

Ölənlərin sayının artacağı istisna olunmur.