Filippindəki qəzada ölən hərbçilərin sayı artdı

filippindeki-qezada-olen-herbcilerin-sayi-artdi
Oxunma sayı: 759

Filippinin cənub-qərbində hərbi hava qüvvələrinə məxsus təyyarənin qəzaya düşməsi nəticəsində həlak olanların sayı 50-yə yüksəlib, onlardan üçü mülki vətəndaşdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 49 hərbçi xəsarət alıb.

Daha əvvəl verilən məlumatda 45 nəfərin həlak olduğu bildirilirdi. Bu şəxslərin 42-si qəza zamanı təyyarənin göyərtəsində, 3-ü isə təyyarənin qəzaya düşdüyü ərazidə həlak olub. 

Filippin hərbi qüvvələrinin rəsmi nümayəndəsi Eqard Arevalonun verdiyi məlumata əsasən, mütəxəssislər itkin düşmüş 5 hərbçinin cəsədini aşkarlayıb. Bu səbəbdən də, qəza zamanı həlak olan hərbçilərin ümumi sayı 47-yə yüksəlib.

Bununla yanaşı, qəza zamanı adi vətəndaşlardan 4-ü yaralanıb. Ümumilikdə 32 nəfər xəstəxanaya yerləşdirilib.

O, həmçinin bildirib ki, hadisədən sonra “S-130” hərbi təyyarələrinin uçuşları dayandırılıb. Üç təyyarə hazırda təmir olunur.

Qeyd edək ki, qəza baş verən ərazidə axtarışlar dayandırılıb.