Film təqdim olundu

film-teqdim-olundu
Oxunma sayı: 928


“Qafqazinfo”nun məlumatına görə, ssenari müəllifi və rejissoru xalq artisti Oqtay Mir-Qasim olan bu ekran əsəri “didərginlik faciəsini yaşamış bütün insanlara ithaf olunur” sözləri ilə başlayır.

Film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İ.Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya İmperiyasının əyalətlərinə – Krıma, Qafqaza gələrək burada məskunlaşırdılar. 1819-cu ildə Vürtemberq krallığı – indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı  sonra Şəmsəddin və Qazax mahallarında yeni alman yaşayış məntəqələrini yaradtı.  Beləliklə,  Azərbaycan burada yurd salan almanların ikinci vətəninə çevrildi. Bir neçə nəsil dəyişdi və həmin almanlar yerli əhali ilə qaynayıb-qarışdı.

Ekran əsərində o hadisələrlə yanaşı, müasir zaman da təsvir edilir. Çəkilişlər hadisələrin cərəyan etdiyi məkanlarda – Bakıda, Göygöldə, Tiflisdə və Gürcüstanın Yuxarı Svanetiya bölgəsinin ucqar dağ kəndlərində, Almaniyanın Bukof şəhərində aparılıb. . Süjet elə qurulub ki, film tamaşaçının gözləmədiyi, ağlına gətirmədiyi sonluqla bitir.

Ekran əsərində rolları azərbaycanlı aktyorlardan Ramiz Əzizbəyli, Ayan Mir-Qasım və Füzuli Hüseynov, Sabir Məmmədov, Qurban İsmayılov, alman aktyorlardan – Uilrix Rexenbax, Mixael Şvartsmayyer, Diter Hallervorden, gürcü aktyorlardan – Georgi Cabaridze, Revaz Tavarkviladze, Levan Boçorişvili, Toma Bulaşvili ifa edibrlər.  Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır. Bu, filmin əhəmiyyətli hissələridir.

Qeyd edək ki, ekran əsəri “Azərbaycanfilm“ kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılıb.