“Qafqazinfo”nun məlumatına görə, Nizami Kino Mərkəzində martın 14-də tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında çəkdiyi "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filmi nümayiş olunacaq. Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilib. Filmdə onun zəngin yaradıcılığı və ömür yolu haqqında bəhs olunur. Ekran əsərində həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlandırılır.
Son xəbərlər
Son Xəbərlər