Film təqdimatına “Gucci”dən geyinib gəldilər - Fotolar

film-teqdimatina-gucciden-geyinib-geldiler
Oxunma sayı: 7830

Böyük Britaniyanın London şəhərində Ridli Skotun “Gucci Evi” filminin premyerası baş tutub.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, qırmızı xalının əsas ulduzu ekran işində baş rollardan birini ifa edən müğənni Ledi Qaqa olub. O, “Gucci”nin Hollivudda təqdim olunmuş “Gucci Love Parade” kolleksiyasından olan tünd-bənövşəyi şifon libasda görüntülənib.

Digər baş rol ifaçısı Adam Drayver də “Gucci”dən geyinib. O, tədbirə klassik kostyumda qatılıb.  

Aktyor Cared Leto da istisna olmayıb. O, “Gucci”dən olan mavi məxməri kostyum, köynək, ayaqqabı, ürək formasında çanta və kolyedə görüntülənib.

“Gucci”nin məxsus olduğu “Kering Group” korporasiyasının baş direktoru Fransua-Anri Pinonun aktrisa həyat yoldaşı Salma Hayek də brendin libasında görüntülənib.

Qeyd edək ki, ekran işində “Gucci” brendinin yaradıcısının nəvəsi və moda evinə rəhbərlik edən Mauritsio Quççinin (Adam Drayver) sifarişli qətli haqda danışılır. Biznesmenin qətlini 1955-ci ildə onun keçmiş həyat yoldaşı Patritsiya Redcani (Ledi Qaqa) təşkil etmişdi.