“Filmə baxarkən ağlasanız, sizə heç bir kömək etməyəcəyik...”

filme-baxarken-aglasaniz-size-hec-bir-komek-etmeyeceyik
Oxunma sayı: 3084

Türkiyə istehsalı olan “7-ci Koğuşdakı Mucize” filmi Fransada uğura imza atıb.

“Qafqazinfo” xəbər verir ki, Aras Bulut İynemli və Nisa Sofia Aksongurun baş qəhrəmanı olduğu ekran işi nüfuzlu paylaşım platforması olan “Netflix”də Fransa üzrə ən çox baxılan kino olub.

Bu barədə “Netflix France” rəsmi sosial şəbəkə hesabında məlumat yayıb: “Filmə baxarkən ağlasanız, biz sizə heç bir kömək etməyəcəyik. Sarsıdıcı bir türk filmidir”.