Filmlərimiz beynəlxalq festivalda

filmlerimiz-beynelxalq-festivalda
Oxunma sayı: 920

9-11 oktyabr 2015-ci tarixində Türkiyənin Safranbolu şəhərində 16-cı “Altın Safran” Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək.

“Qafqazinfo”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumatına görə, filmlərin peşəkar və həvəskar olmaqla iki kateqoriyada yarışdığı festivalda Azərbaycan rejissor Adil Azayın dövlət sifarişi ilə “Yaddaş” studiyasında çəkdiyi “Xəlvətdə qalmış müdrik” və “Azanfilm” studiyasının çəkdiyi “Vulkanın nəfəsi” sənədli filmləri ilə təmsil olunacaq.

“Xəlvətdə qalmış müdrik” filmi görkəmli sufi filosofu, “Xəlvətiyə” təriqətinin yaradıcısı Seyid Yəhya Bakuvidən, “Vulkanın nəfəsi” filmi isə Azərbaycanda geniş yayılmış palçıq vulkanlarından bəhs edir.